...

Quş "Air Astana"nın təyyarəsini geri qaytardı

Hadisə Materials 31 İyul 2017 11:59 (UTC +04:00)
Qazaxıstanın “Air Astana” şirkətinə məxsus Almatı-Aktau reysini həyata keçirən təyyarə quşla toqquşması səbəbi ilə Almatı hava limanına geri qayıdıb
Quş "Air Astana"nın təyyarəsini geri qaytardı

Bakı. Trend:

Qazaxıstanın “Air Astana” şirkətinə məxsus Almatı-Aktau reysini həyata keçirən təyyarə quşla toqquşması səbəbi ilə Almatı hava limanına geri qayıdıb.

Trend-in məlumatına görə, hadisə təyyarənin havaya qalxmasından qısa müddət sonra baş verib.

Təyyarəyə baxış keçirildikdən sonra onun ciddi ziyan görmədiyi məlum olub. Bir müddət sonra təyyarə Aktauya yola düşüb.

Qeyd edək ki, bu ilin əvvəlindən Almatı hava limanında təyyarələrin yeddi dəfə quşlarla toqquşması qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti