...

Biləsuvarda yanğın olub

Hadisə Materials 5 Avqust 2017 02:59 (UTC +04:00)
Biləsuvar rayonu, Ağalıkənd kəndində yanğın faktı qeydə alınıb
Biləsuvarda yanğın olub

Bakı. Trend:

Biləsuvar rayonu, Ağalıkənd kəndində yanğın faktı qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, şəhərin Biləsuvar rayonu, Ağalıkənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 25 ton ot bağlamasının 5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti