...

Azərbaycana gələn Ukrayna vətəndaşından zərgərlik məmulatları müsadirə edilib

Hadisə Materials 5 Avqust 2017 12:19 (UTC +04:00)
Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna vətəndaşının əl yüklərinə baxış keçirilib.
Azərbaycana gələn Ukrayna vətəndaşından zərgərlik məmulatları müsadirə edilib

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna vətəndaşının əl yüklərinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti