...

Aptekdən oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılıb (FOTO)

Hadisə Materials 10 Avqust 2017 16:50 (UTC +04:00)
Polis Səbail rayonunda aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb.
Aptekdən oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılıb (FOTO)

Bakı. Trend:

Polis Səbail rayonunda aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Həyəcan siqnalı daxil olandan cəmi 10 saniyə sonra Səbail RMi-nin operativ tutucu qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib.

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Səbail RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq 8-ci Polis Bölməsinə təhvil verilib.

Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Neftçala rayon sakini Qalib Abdullayev olduğu müəyyən edilib. Onun üzərindən obyektin pəncərəsini qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxsin aptekin pəncərəsini sındırdığı anlar obyektdə quraşdırılan kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hazırda, DİN-in BMİ-nin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir vətəndaş BMİ-nə və onun yerli qurumlarına müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti