...

Korsika yanır - 700 adam təxliyə olundu

Hadisə Materials 12 Avqust 2017 11:38 (UTC +04:00)
Fransanın Korsika adasında güclü meşə yanğınları səbəbindən 700-ə yaxın adam təxliyə olunub.
Korsika yanır - 700 adam təxliyə olundu

Bakı. Trend:

Fransanın Korsika adasında güclü meşə yanğınları səbəbindən 700-ə yaxın adam təxliyə olunub. Trend-in məlumatına görə, təxliyə olunanların əksəriyyətinin istirahət üçün adaya gəlmələr olduğu bildirilir.

Daha öncə yanğının Yuxarı Korsika Departamentində baş verdiyi və 70-100 hektar ərazini əhatə etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, iyulun ortalarından başlayaraq yanğınlar nəticəsində Fransa və Korsikada ümumilikdə 7 min hektar bitki örtüyü məhv olub.

Xəbər lenti

Xəbər lenti