...

Ağsunun dağlıq ərazisində yanğın olub

Hadisə Materials 23 Avqust 2017 17:25 (UTC +04:00)
Ağsunun dağlıq ərazisində yanğın başlayıb.
Ağsunun dağlıq ərazisində yanğın olub

Bakı. Trend:

Ağsunun dağlıq ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Nüydü və Kalva kəndlərində dağlıq ərazidə kol-kos və quru ot yanması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti