...

Tərtərdə 6 otaqlı ev yanıb

Hadisə Materials 24 Avqust 2017 01:35 (UTC +04:00)
Tərtərdə yanğın qeydə alınıb
Tərtərdə 6 otaqlı ev yanıb

Bakı. Trend:

Tərtərdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonu, Hacıqərvənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın və hamamın yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti