Bakı. Trend:
Gömrükçülər vətəndaşın üzərində gizlətdiyi mobil telefon və aksesuarları aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Naz Lifan" markalı avtomobilə gömrük baxışı keçirilib.
Baxış zamanı, vətəndaşın üzərində 6 ədəd "X-BO" markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd "qulaqcıq" aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.