...

Bakı sakinlərini bıçaqla hədələyərək pul tələb edən şəxslər tutulub

Hadisə Materials 25 Avqust 2017 12:19 (UTC +04:00)
Paytaxt sakinlərini bıçaqla hədələyərək pul tələb edən şəxslər tutulub.
Bakı sakinlərini bıçaqla hədələyərək pul tələb edən şəxslər tutulub

Bakı. Trend:

Paytaxt sakinlərini bıçaqla hədələyərək pul tələb edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 22-də Binəqədi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Rasim Şirəliyevi bıçaqla hədələyərək pul tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Qüdrət İbrahimov tutulub.

Bundan başqa, avqustun 24-də Yasamal rayonunun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul alıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti