...

Bərdədə 2 nəfər su kanalında batıb

Hadisə Materials 27 Avqust 2017 13:38 (UTC +04:00)

Bakı. Trend:

Bərdə rayonu, Bəcirəvan kəndində 2 nəfər su kanalında batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 26 avqust 2017-ci il tarixində Bərdə rayonu, Bəcirəvan kəndində, Qarabağ su kanalında batmış 2005-ci il təvəllüdlü Əsədov Mirələm Qulu oğlu və 2007-ci il təvəllüdlü Əsədov Asif Qulu oğlunun cəsədləri batdığı yerdən 40 kilometr aralıda tapılıb çıxalıraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 10:05-də başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti