Arvadını və qayınanasını döyən, avtomobil qaçıran şəxs tutulub

Hadisə Materials 28 Avqust 2017 12:08 (UTC +04:00)
Münaqişə zəminində arvadını və qayınanasını döyən, habelə avtomobil qaçıran şəxs tutulub.
Arvadını və qayınanasını döyən, avtomobil qaçıran şəxs tutulub

Bakı. Trend:

Münaqişə zəminində arvadını və qayınanasını döyən, habelə avtomobil qaçıran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb gedib.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti