...

Bakıda ağır yol qəzası: 2 ölü, 3 yaralı (FOTO)

Hadisə Materials 7 Sentyabr 2017 17:02 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib.
Bakıda ağır yol qəzası: 2 ölü, 3 yaralı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Yolda hərəkətdə olan "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir.

Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə hərəkətin bərpasına və tıxacın aradan qaldırılmasına çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti