...

Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Hadisə Materials 14 Sentyabr 2017 03:26 (UTC +04:00)
Biləsuvarda yanğın qeydə alınıb
Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Bakı. Trend:

Biləsuvarda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanıb.

Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti