...

Külli miqdarda psixotrop dərmanın İrandan Azərbaycana daşınmasının qarşısı alınıb (FOTO)

Hadisə Materials 18 Sentyabr 2017 17:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb.

Bu barədə Trend-ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran vətəndaşıyla cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən DSX-nın Sahil Mühafizəsi və DGK Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DGK Mətbuat Xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti