...

Lənkəranda 6 otaqlı evdə yanğın - 1 nəfər xəsarət alıb

Hadisə Materials 20 Sentyabr 2017 14:58 (UTC +04:00)
Lənkəran rayonunda 6 otaqlı evdə yanğın olub.
Lənkəranda 6 otaqlı evdə yanğın - 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Lənkəran rayonunda 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Xanılıq kəndində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti