Bakı. Trend:
Qəbələdə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Laza kəndi ərazisində çayı keçərkən 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı təhlükəsiz əraziyə çıxarıblar.
Əməliyyat başa çatıb.