Bakı. Samir Əli - Trend:
Sabirabad rayonunda 6 ay əvvəl ölən qadının qətlə yetirildiyi məlum olub.
Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 9-da Sabirabad rayonunun Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə X.Cəfərov tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.