...

Tovuzda yol qəzası - Prokurorluq əməkdaşının vəziyyəti ağırdır

Hadisə Materials 27 Sentyabr 2017 17:24 (UTC +04:00)
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Tovuzda yol qəzası - Prokurorluq əməkdaşının vəziyyəti ağırdır

Bakı. Samir Əli - Trend:

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayon ərazisində hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri Azər Dostuyev və Əli Tağıyev ağır xəsarətlərlə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, "Mercedes" markalı" avtomobillərdən birinin sürücüsü Azər Dostuyev Tovuz rayon prokurorluğunun əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti