...

Daxili orqanında heroin keçirən şəxs gömrükdə saxlanılıb

Hadisə Materials 3 Oktyabr 2017 10:29 (UTC +04:00)
"Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Daxili orqanında heroin keçirən şəxs gömrükdə saxlanılıb

Bakı. Trend:

Daxili orqanında heroin keçirən şəxs gömrükdə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və nəticədə onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 22,638 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti