...

Lənkəranda subasmada köməksiz qalan 17 nəfər təxliyə edilib

Hadisə Materials 4 Oktyabr 2017 17:41 (UTC +04:00)
Lənkəranda yağışlar nəticəsində köməksiz qalan 17 nəfər təxliyə edilib.
Lənkəranda subasmada köməksiz qalan 17 nəfər təxliyə edilib

Bakı. Trend:

Lənkəranda yağışlar nəticəsində köməksiz qalan 17 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 14 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.

Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti