Bakı. Trend:
Şamaxı rayonunda istirahət və sağlamlıq mərkəzində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, istirahət və sağlamlıq mərkəzinin ərazisində olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 700 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.