...

Məktəbdə bədbəxt hadisə - 10 yaşlı uşağın biləkləri sındı

Hadisə Materials 13 Oktyabr 2017 14:52 (UTC +04:00)
Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib.
Məktəbdə bədbəxt hadisə - 10 yaşlı uşağın biləkləri sındı

Bakı. Samir Əli -Trend:

Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Xatınlı kəndində olub.

Kənd sakini, 2007-ci il təvəllüdlü İsgəndərov Yasin Məqsəd oğlu oxuduğu məktəbin həyətində idman qurğusundan yıxılıb.

Hadisə nəticəsində Y.İsgəndərovun hər iki qolu bilək nahiyəsindən sınıb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti