...

Nazirlikdən Goranboydakı avtobus qəzasında xəsarət alanların vəziyyəti ilə bağlı: 2 nəfərin vəziyyəti ağırdır

Hadisə Materials 27 Oktyabr 2017 20:30 (UTC +04:00)
Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Nazirlikdən Goranboydakı avtobus qəzasında xəsarət alanların vəziyyəti ilə bağlı: 2 nəfərin vəziyyəti ağırdır

Bakı. Samir Əli - Trend:

Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin verdiyi məlumata görə, qəzada 25 nəfər xəsarət alıb.

Onlardan ikisi Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qalan 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Goranboy rayonunda fəhlələri daşıyan avtobus qəza nəticəsində körpüdən aşaraq çaya düşüb. Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti