...

Salyanda ikimərtəbəli ev yanıb

Hadisə Materials 29 Oktyabr 2017 08:55 (UTC +04:00)
Salyan rayonunda yanğın olub.
Salyanda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Salyan rayonunda yanğın olub.

Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Qarabağlı kəndində ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti