...

"KAMAZ" "Mercedes"in üstünə aşıb - ölən var

Hadisə Materials 3 Noyabr 2017 12:05 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"KAMAZ" "Mercedes"in üstünə aşıb - ölən var

Bakı. Trend:

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub.

Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti