...

Göyçayda 17 yaşlı piyadanı maşın vurdu

Hadisə Materials 7 Noyabr 2017 10:50 (UTC +04:00)
Göyçay rayonunda yol qəzası baş verib
Göyçayda 17 yaşlı piyadanı maşın vurdu

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Göyçay şəhəri, Axundov küçəsi 12 saylı evdə yaşayan, 2000-ci il təvəllüdlü Əhmədov Şahkərəm Samir oğlu yolu keçərkən naməlum avtomobillə vurulub.

Yaralı bədənin müxtəlif yerlərinin sınığı ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti