...

Abşeronda 3 otaqlı evdə yanğın: ölən var

Hadisə Materials 11 Noyabr 2017 06:43 (UTC +04:00)
Abşeron rayonunda yanğın baş verib.
Abşeronda 3 otaqlı evdə yanğın: ölən var

Bakı. Trend:

Abşeron rayonunda yanğın baş verib.

Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti