...

Masallı, Ucar və Gəncədə yanğın olub

Hadisə Materials 13 Noyabr 2017 08:07 (UTC +04:00)
Masallı, Ucar və Gəncədə yanğın hadisələri qeydə alınıb.
Masallı, Ucar və Gəncədə yanğın olub

Bakı. Trend:

Masallı, Ucar və Gəncədə yanğın hadisələri qeydə alınıb.

Trend-in FHN saytına istinadən verdiyi məlumata əsasən, Masallı rayonunun İsi kəndində dəmir konstruksiyadan ibarət talvarın taxta üzlüyü və altında olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ucar rayonunun Lək kəndində tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış ot bağlamasının 800 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhərinin Nizami rayonunda tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti