...

İrandan Azərbaycana keçən yük maşınında qumbara aşkarlandı

Hadisə Materials 13 Noyabr 2017 11:37 (UTC +04:00)
İrandan Azərbaycana qumbara keçirmək istəyən şəxs sərhəddə yaxalanıb.
İrandan Azərbaycana keçən yük maşınında qumbara aşkarlandı

Bakı. Samir Əli - Trend:

İrandan Azərbaycana qumbara keçirmək istəyən şəxs sərhəddə yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "KamAZ" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti