...

Kabildə ABŞ-ın keçmiş prezidentinin şərəfinə adlandırılmış "Buş" bazarı yanıb

Hadisə Materials 21 Noyabr 2017 13:03 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə ABŞ-ın keçmiş prezidenti Corc Buşun (oğul) şərəfinə adlandırılmış bazarda yanğın baş verib
Kabildə ABŞ-ın keçmiş prezidentinin şərəfinə adlandırılmış "Buş" bazarı yanıb

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə ABŞ-ın keçmiş prezidenti Corc Buşun (oğul) şərəfinə adlandırılmış bazarda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğının qarşısının alınması üçün çox sayda yanğınsöndürən cəlb edilib.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, C.Buş adına bazar 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlar zamanı yaradılıb. Əvvəlcə orada hərbçilər üçün məhsullar satılsa da, daha sonra orada geyim, elektron əşyalar satılmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti