...

Bərdə sakinini qətlə yetirmiş şəxs könüllü istintaqa təslim olub

Hadisə Materials 22 Noyabr 2017 12:51 (UTC +04:00)
Bərdə rayon sakini İlqar Mirzəyevi qətlə yetirmiş İsgəndər Hüseynov könüllü olaraq istintaqa təsilm olub.
Bərdə sakinini qətlə yetirmiş şəxs könüllü istintaqa təslim olub

Bakı. Trend:

Bərdə rayon sakini İlqar Mirzəyevi qətlə yetirmiş İsgəndər Hüseynov könüllü olaraq istintaqa təsilm olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 22-də saat 3.00 radələrində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynov Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayədə yaşadığı evdə qonağı, həmyerlisi İ.Mirzəyevə bıçaqla xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb.

İ.Hüseynov könüllü olaraq 10-cu Polis Bölməsinə gələrək istintaqa təsilm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti