Bakı. Trend:
Meksikanın Monterrey şəhərində bir neçə yaşayış evi çuxura çöküb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb.
Qeyd olunur ki, çökəkliyə azı 3 ev çöküb.
Şəhər rəhbərliyi bu evlərin bir neçə həftə əvvəl köçürüldüyünü bildirib. Bu səbəbdən hadisə vaxtı sakinlərin orada necə peyda olmaları aydınlaşdırılır.
Hazırda hadisə yerində xilasetmə işlər aparılır.