...

Bişkekdə qətldə təqsirləndirilən 4 məhbus qaçıb

Hadisə Materials 27 Noyabr 2017 10:15 (UTC +04:00)
Qırğızıstanda Daxili İşlər Nazirliyinin Operativ Xidməti gücləndirilmiş iş rejiminə keçib.
Bişkekdə qətldə təqsirləndirilən 4 məhbus qaçıb

Bakı. Trend:

Qırğızıstanda Daxili İşlər Nazirliyinin Operativ Xidməti gücləndirilmiş iş rejiminə keçib. Trend-in məlumatına görə, buna səbəb müvəqqəti saxlama təcridxanasından quldurluq və qətldə təqsirləndirilən 4 nəfərin qaçması olub.

DİN-in yaydığı məlumata görə, həmin şəxslər Bişkek ətrafında saxlanıldıqları təcridxanadan səhər yerli vaxtla 6-da naməlum istiqamətdə qaçıblar.

Hazırda onların tapılması istiqamətində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən operativ iş aparılır.

Xəbər lenti

Xəbər lenti