...

Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb

Hadisə Materials 10 Dekabr 2017 22:00 (UTC +04:00)
Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb
Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb

Bakı. Trend:

Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində "AMAY" ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Xilasedicilər S.Şərifovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti