...

DİN əməliyyat keçirib - 9 kq-a yaxın narkotik müsadirə olunub

Hadisə Materials 22 Dekabr 2017 11:23 (UTC +04:00)
Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş növbəti əməliyyat tədbiri uğurla nəticələnib.
DİN əməliyyat keçirib - 9 kq-a yaxın narkotik müsadirə olunub

Bakı. Samir Əli - Trend:

Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib. Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib. H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti