...

900-ə yaxın pirotexniki vasitə müsadirə olunub

Hadisə Materials 26 Dekabr 2017 11:59 (UTC +04:00)
Gömrük orqanına bəyan olunmayan pirotexniki vasitələr aşkar olunub.
900-ə yaxın pirotexniki vasitə müsadirə olunub

Bakı. Trend:

Gömrük orqanına bəyan olunmayan pirotexniki vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Gömrük baxışı zamanı avtomobildən gömrük orqanına bəyan olunmayan 899 ədəd müxtəlif markalı pirotexniki vasitələr-petardalar və fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti