...

Qanunsuz kömür istehsalı aşkar edilib

Hadisə Materials 4 Yanvar 2018 16:50 (UTC +04:00)
Qanunsuz yolla əldə edilmiş meşə materialları və kömür aşkar edilib.
Qanunsuz kömür istehsalı aşkar edilib

Bakı. Trend:

Qanunsuz yolla əldə edilmiş meşə materialları və kömür aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 25-29 dekabr 2017-ci il tarixlərində növbəti reyd keçirilib.

Keçirilən reydlər zamanı Lənkəran rayonu ərazisində rayonun Təngivan kənd sakini Əlibaba Məmmədova məxsus “Kamaz” markalı 42BR421 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 4,91 m3 həcmində fıstıq, 3,8 m3 həcmində ağcaqayın və 0,03 m3 həcmində qızılağac cinsli taxta materialı aparıldığı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 2100,29 manat məbləğində ziyan tətbiq edilib.

Gəncə şəhəri ərazisində keçirilən reyd zamanı Göygöl rayonu Tülallar kənd sakini Vüqar Məmmədova məxsus sahədə satış məqsədilə ümumi çəkisi 713 kiloqram olan 62 kisə kömür aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 986 manat məbləğində ziyan tətbiq edilib. Həmçinin Goranboy rayonu Qaraçinar kənd sakini Səfəralı Zalova məxsus ağac emalı sexində 0,4 m3 həcmində cökə cinsli və Kəlbəcər rayon sakini Şahin Süleymanova məxsus ağac emalı sexində ümumilikdə 0,99 m3 həcmində göyrüş, cökə və fıstıq cinsli taxta materialı aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 123,50 manat məbləğində ziyan tətbiq edilib.

Hazırda reydlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti