...

Uşaq son anda 4 akulanın hücumundan xilas oldu (VİDEO)

Hadisə Materials 5 Yanvar 2018 01:23 (UTC +04:00)
Baham adalarında azyaşlı oğlan 4 akulanını hücumundan möcüzəvi şəkildə xilas oldu
Uşaq son anda 4 akulanın hücumundan xilas oldu (VİDEO)

Bakı. Trend:

Baham adalarında azyaşlı oğlan 4 akulanını hücumundan möcüzəvi şəkildə xilas oldu.

Trend-in məlumatına görə, hücuma hazırlaşan yırtıcı balıqları dron operatoru görüb.

Onun lentə aldığı videoçarxda təhlükədən xəbəri olmayan uşağın yırtıcıların istiqamətində qaçdığı görüntülənib. Akulalar bir neçə saniyə ərzində ona yaxınlaşıb.

Vəziyyətin ciddiliyini anlayaraq operator oğlanı səsləyib və o son anda qaçaraq sahilə çıxmağa müvəffəq olub.

Məlumata görə, uşaq xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti