...

Fransada məhbuslara "bayram" - Nəzarətçilər işə çıxmadı

Hadisə Materials 12 Yanvar 2018 16:21 (UTC +04:00)
Fransada Vanden-lö-Vyey qəsəbəsində yerləşən həbsxananın 50-yə yaxını nəzarətçisi işə çıxmaqdan imtina edib.
Fransada məhbuslara "bayram" - Nəzarətçilər işə çıxmadı

Bakı. Trend:

Fransada Vanden-lö-Vyey qəsəbəsində yerləşən həbsxananın 50-yə yaxını nəzarətçisi işə çıxmaqdan imtina edib.

Trend-in məlumatına görə, nəzarətçilər bir müddət əvvəl məhbusun hücumu nəticəsində 3 həmkarın yaralanmasına etiraz ediblər.

Onların fikrincə, həbsxana rəhbərliyi əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görmür.

Qeyd edək ki, Vanden-lö-Vyey həbsxanasında əsasən terror aktlarının həyata keçirilməsində ittiham olunan şəxslər saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti