...

Kataniya şəhərində ƏMƏLİYYAT - “Koza Nostra” vuruldu

Hadisə Materials 30 Yanvar 2018 16:30 (UTC +04:00)
İtaliyanın Siciliya vilayətində polisin keçirdiyi müxtəlif əməliyyatlar nəticəsində 40-a yaxın mafiya üzvü saxlanılıb
Kataniya şəhərində ƏMƏLİYYAT - “Koza Nostra” vuruldu

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Siciliya vilayətində polisin keçirdiyi müxtəlif əməliyyatlar nəticəsində 40-a yaxın mafiya üzvü saxlanılıb.

Trend-in məlumatına görə, Kataniya şəhərində “Koza Nostra” mafiyasına qarşı keçirilən əməliyyatda Santanceli klanına mənsub 33 nəfər saxlanılıb.

Həmin şəxslər müxtəlif cinayət əməllərində, o cümlədən ekskavatorla bankomat oğurlamaqda şübhəli bilinir.

Bundan başqa, Siciliyanın Bageriya şəhərində mafiya ilə əlaqələr yaratmaqda ittiham olunan 6 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti