...

Moskvada 1 gündə 700 yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 31 Yanvar 2018 15:10 (UTC +04:00)
Moskvada ötən bir sutka ərzində 700-ə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Moskvada 1 gündə 700 yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Moskvada ötən bir sutka ərzində 700-ə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, sinoptiklər 30-31 yanvar tarixlərində Rusiya paytaxtında güclü qar proqnozlaşdırıblar. RF Fövqəladə Hallar Nazirliyi Mərkəzi regionun subyektləri ərazisində yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

Artıq ötən sutka ərzində, yanvarın 30-da Moskvada maddi zərərlə nəticələnən 691 yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisələr nəticəsində 1 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti