...

Cəlilabad sakinindən 1 kiloqramdan artıq heroin götürülüb

Hadisə Materials 5 Fevral 2018 13:10 (UTC +04:00)
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb.
Cəlilabad sakinindən 1 kiloqramdan artıq heroin götürülüb

Bakı. Trend:

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun Cəlilabad rayon sakini Bəhruz Əbilov olduğu məlum olub. Baxış zamanı ondan çəkisi 1 kiloqram 200 qram heroin aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti