...

Sərnişin avtobusunda aksiz markası olmayan 31 800 ədəd siqaret müsadirə edilib

Hadisə Materials 7 Fevral 2018 12:41 (UTC +04:00)
Gömrükçülər tərəfindən sərnişin avtobusunda aksiz markası olmayan 31 800 ədəd siqaret aşkarlanıb.
Sərnişin avtobusunda aksiz markası olmayan 31 800 ədəd siqaret müsadirə edilib

Bakı. Trend:

Gömrükçülər tərəfindən sərnişin avtobusunda aksiz markası olmayan 31 800 ədəd siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Bakı şəhəri istiqamətində hərəkət edən Gürcüstan vətəndaşının idarə etdiyi "Setra S 317HDH/3" markalı sərnişin avtobusu Tovuz rayonu ərazisində saxlanılıb və nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilib.

Yoxlama zamanı avtobusun yük yerindəki 4 ədəd sellofan bağlamaların içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu müəyyən edilib. Həmin nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada 4 ədəd sellofan bağlamalara qanunvericiliyə uyğun şəkildə baxış keçirilib.

Yoxlama zamanı həmin bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan üzərində "Parliament Carat" sözləri yazılan 16 200 ədəd, üzərində Parliament super slims" sözləri yazılan 7800 ədəd, üzərində "Parliament silver blue" sözləri yazılan 600 ədəd, üzərində "Marlboro gold edge" sözləri yazılan 3600 ədəd və üzərində "Marlboro fine touch" sözləri yazılan 3600 ədəd, ümumilikdə 31800 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti