...

Qanunsuz ov hallarının qarşısı alınıb

Hadisə Materials 7 Fevral 2018 13:30 (UTC +04:00)
Bir neçə ov tüfəngi götürülüb
Qanunsuz ov hallarının qarşısı alınıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Fevralın 6-da keçirilən növbəti belə reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.

Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, daşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti