...

Bakı metrosunda qadın qatarın altına yıxılıb

Hadisə Materials 13 Fevral 2018 19:15 (UTC +04:00)
Bu gün metroda qısa müddətli gecikmə baş verib.
Bakı metrosunda qadın qatarın altına yıxılıb

Bakı. Samir Əli -Trend:

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: "Həzi Aslanov-Dərnəgül xəttində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. Hələ kimliyini müəyyən edə bilməmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti