...

Çində Yeni il şənlikləri 51 nəfəri "yandırdı"

Hadisə Materials 22 Fevral 2018 16:41 (UTC +04:00)
Çində ay təqvimi ilə yeni ilin qarşılanması mərasimlərində baş vermiş yanğınlar zamanı ümumilikdə 51 nəfər həlak olub
Çində Yeni il şənlikləri 51 nəfəri "yandırdı"

Bakı. Trend:

Çində Ay təqvimi ilə yeni ilin qarşılanması mərasimlərində baş vermiş yanğınlar zamanı ümumilikdə 51 nəfər həlak olub.

Trend-in məlumatına görə, ölüm halları fevralın 15-dən 22-dək qeydə alınıb.

Qeyd olunur ki, bu müddət ərzində ölkə ərazisində 12 mindən çox yanğın baş verib.

Məlumata görə, hadisələr nəticəsində iqtisadiyyata 9 milyon dollara yaxın ziyan dəyib.

Xatırladaq ki, Çində yeni il fevralın 15-dən 16-a keçən gecə qarşılanıb. Yeni il tətili fevralın 22-dək davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti