...

DGK: Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb

Hadisə Materials 27 Fevral 2018 14:24 (UTC +04:00)
Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.
DGK: Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb

Bakı. Samir Əli - Trend:

Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən Azərbaycandan tranzit yolla Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Ötən gün Moldovanın prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanmışdı. Məlumatda narkotik vasitələrin daşındığı ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları sadalanan ölkələr arasında Azərbaycanın da olduğu qeyd edilib.

DGK bəyan edir ki, ölkəmizin gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti