...

Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi - Türkiyədə

Hadisə Materials 9 Mart 2018 13:24 (UTC +04:00)
Pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib.
Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi - Türkiyədə

Bakı. Trend:

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, pişiyin hücumuna məruz qalan qadınlar çətinliklə də olsa, canlarını qurtara biliblər.

Sakinlərin şikayəti əsasında məhəllədə altı aylıq karantin elan edilib.

Hazırda digər heyvanlar arasında quduzluğun olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti