Bakı. Trend:
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Əli Quliyev və qardaşı Raqif saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, qardaşlar Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Onlar yanvarın 16-dan 24-dək olan müddətdə rayon ərazisində 5 mənzilin su mühərriklərini oğurlamaqda şübhəli bilinir.