...

Sumqayıtda yol qəzası baş verib, ölən var

Hadisə Materials 12 Mart 2018 08:05 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıtda yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti